Ball Room

Restoran

Bizim "Ball Room" ziyafət zalımız hər bir qonağımızı heyrətləndirir, valeh edir. Bu zalda sanki bütün xəyallar gerçəkləşir – istənilən tənətənəli mərasim qeyri-adi, həyəcanlı, müstəsna bir hadisəyə çevrilir. Zal müxtəlif şənliklərin - ad günlərinin, yubileylərin, toy və nişan məclislərinin, korporativ tədbirlərin keçirilməsi üçün əla məkandır. Buradakı ehtişam, incə dekorasiya, hündür tavan, bol işıq istənilən tədbirinizi əlamətdar edəcək, ona əhəmiyyət qazandıracaq.
Yüksək səviyyəli texniki təchizat zalda, həmçinin, işgüzar tədbirlərin - təlimlərin, seminarların, istənilən səviyyədə təqdimatların təşkilinə imkan verir. Müasir musiqi-işıq avadanlıqları gününüzü unudulmaz bayrama çevirməyə qadirdir.

ÜNVAN

Aydın Nəsirov küç. 3, Bakı

TELEFON

+994 50 227 30 90